Gürcüstanın futbol yığması bu gün Latviya ilə qarşılaşacaq
Gürcüstanın futbol yığması bu gün Latviya ilə qarşılaşacaq

Gürcüstanın futbol yığması bu gün Millətlər Liqasının “D” divizyonunun ikinci turunda Latviya yığması ilə qarşılaşacaq. Görüş “Dinamo Arenada” saat 20:00-da başlayacaq.

Millətlər Liqasında Qazaxəstan ilə qələbədən (2:0) sonra, Gürcüstan yığması Tbilisiyə döndü və turnirin ikinci görüşü üçün hazırlığa başladı.

Vladimir Vays “Zestaponinin” Tbilisi Dənizi bazasında komandanı məşq etdi.

Pərəstişkarlar biletləri www.tkt.ge və “Dinamo Arena” kassalarında əldə edə bilərlər.

Gürcüstan və Latviya arasında görüş sentyabrın 9-da saat 20:00-da başlayacaq. Matçın birbaşa telereportajını Birinci Kanal təqdim edəcək.