Gürcüstanın Birinci Kanalının serverinə kiber-hücum həyata keçirildi
Gürcüstanın Birinci Kanalının serverinə kiber-hücum həyata keçirildi

Gürcüstanın Birinci Kanalının serverinə kiber-hücum həyata keçirildi.

Nəticədə bu gün yayımçının şəbəkəsində virusun yayılması baş verdi və Gürcüstanın Birinci Kanalında olan önəmli fayllar şifrləndi və ləğv olundu.

Hazırda yayımçının başqa serverlərində virusun yayılmasının qarşısının alınması mümkün oldu.

Fakt barəsində Gürcüstanın Birinci Kanalı Daxili İşlər Nazirliyini məlumatlandırdı.

Şərh yaz