Gürcüstanın bir neçə regionunda bugün qar gözlənilir, sinoptiklər havanın düzəlməsini martın 4-dən proqnozlayırlar
Gürcüstanın bir neçə regionunda bugün qar gözlənilir, sinoptiklər havanın düzəlməsini martın 4-dən proqnozlayırlar

Gürcüstanın bir neçə regionunda qar gözlənilir.

Bu barədə məlumatı 1tv.ge-yə ətraf Mühitin Milli Agentliyinin Hidri-meteoroloji proqnozlar xidməti verib.

Proqnoza görə, Şərq Gürcüstanda hava temperaturu 4-9 dərəcə olacaq, Qərb Gürcüstanda isə, 3-8 dərəcə.

Tbilisiyə gəlincə isə, martın 2-də, günün ikinci yarısında yağış gözlənilir. Gecə isə, qarlı-yağış.

Sinoptiklərin dediyinə görə, martın 4-dən havalar düzələcək və 14  dərəcə olacaq, ancaq gecə saatlarında hava dərəcəsinin kəskin şəkildə düşməsi gözlənilir.