Gürcüstanda son 24 saatda 57 nəfər koronavirusdan vəfat edib
Gürcüstanda son 24 saatda 57 nəfər koronavirusdan vəfat edib

Gürcüstanda son 24 saatda 57 nəfər koronavirusdan vəfat edib. Bu barədə məlumat Xəstəliklərə Nəzarət Milli Mərkəzinin saytında dərc olunub.

Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 11 736 nəfərdir.

Son 24 saat ərzində “COVİD-19”a yoluxanların sayı 4331 nəfərə çatıb, 4804 nəfər sağalıb.

Dünən, noyabrın 24-də Gürcüstanda 3201 koronavirusa yoluxma faktı aşkarlanıb, 4098 xəstə sağalıb, 64 nəfər vəfat edib.