Gürcüstanda koronavirusun 461 yeni halı qeydə alındı, 163 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 461 yeni halı qeydə alındı, 163 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 461 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 271 379 halı təsdiq olunub. Buradan 265 686 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 163 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 12 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 532-ə çatdı.

Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 2.01 faiz, son yeddi günün 1.4 faiz, son 14 günün isə, 1.78 faizdir.

Karantin rejimində 237 vətəndaş, stasionarda müşahində altında 1 471 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 149 insan qalmaqdadır.