Gürcüstanda koronavirusun 4 827 yeni halı qeydə alındı, 1 895 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 4 827 yeni halı qeydə alındı, 1 895 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 4 827 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 428 670 halı təsdiq olunub. Buradan 388 893 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 1 895 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 34 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 5 910-a çatdı.

Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 10.99 faiz, son yeddi günün 8.08 faiz, son 14 günün isə, 7.41 faizdir.

Cəmi peyvənd edildi 523 466 insan, bir gündə 16 677 insan. Karantin rejimində 55 vətəndaş, stasionarda müşahində altında 6 045 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 2 173 insan qalmaqdadır.

Bununla yanaşı, 2 avqust durumu ilə, Gürcüstanda koronavirusun 1 655  yeni halı aşkar edildi, 2 286 pasiyent müalicə olunaraq sağaldı, 23 pasiyent vəfat etdi.