Gürcüstanda koronavirusun 294 yeni halı qeydə alındı, 87 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 294 yeni halı qeydə alındı, 87 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 294 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 5 254 halı təsdiq olunub. Buradan 1 906 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Gürcüstanda koronavirusdan 28 pasiyent vəfat edib.

Karantin rejimində 5 674 vətəndaş, stasionarda müşahində altında 836 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 800 insan qalmaqdadır.