Gürcüstanda koronavirusun 258 yeni halı qeydə alındı, 571 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 258 yeni halı qeydə alındı, 571 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 258 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 268 355 halı təsdiq olunub. Buradan 261 637 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 571 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 14 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 435-ə çatdı.

Karantin rejimində 328 vətəndaş, stasionarda müşahində altında 1 723 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 231 insan qalmaqdadır.

20 fevral göstəriciləri ilə, Gürcüstanda koronavirusun 396 yeni halı aşkar edildi, 469 insan müalicə olunaraq sağaldı.