Gürcüstanda koronavirusdan sağalanan pasiyentlərin sayı 51-ə qədər artdı
Gürcüstanda koronavirusdan sağalanan pasiyentlərin sayı 51-ə qədər artdı

Gürcüstanda yeni koronavirusdan daha bir pasiyent sağaldı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan xüsusi vebsəhifədə, stopcov.ge-də az öncə yeniləşdirildi.

Vebsəhifənin məlumatına gör, bu vaxt üçün Gürcüstanda koronavirusun 218 halı təsdiq olunub, onlar arasında 51 pasiyent sağalıb.

Koronavirus nəticəsində, ölkədə üç insan dünyasını dəyişib.

Karantin rejimində 4722 insan qalmaqdadır, stasionarda müşahidə altında – 408 insan.