Gürcüstanda koronavirusdan sağalan pasiyentlərin sayı 50-ə qədər artdı
Gürcüstanda koronavirusdan sağalan pasiyentlərin sayı 50-ə qədər artdı

Gürcüstanda koronavirusdan daha iki pasiyent sağaldı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan xüsusi vebsəhifədə, stopcov.ge-də az öncə yeniləşdirildi.

Elə həmin vebsəhifənin göstəriciləri ilə, Gürcüstanda yeni koronavirusun 208 halı təsdiq olunub. Buradan 50 pasiyent sağalıb. Göstəricilərin yeniləşdirilməsinə qədər bu rəqəm 48 idi.

Koronavirus nəticəsində üç pasyient dünyasını dəyişib.

Karantin rejimində 4682 insan qalmaqdadır, stasionarda müşahidə altında – 375 insandır.