Gürcüstanda beynəlxalq turizmdən gəlir 29 milyon dollar ilə artdı
Gürcüstanda beynəlxalq turizmdən gəlir 29 milyon dollar ilə artdı

Gürcüstanda beynəlxalq turizmdən gəlir artdı.

Milli Turizm Administrasiyasının ilkin göstəriciləri ilə, ölkəyə 2020-ci ilin yanvarında beynəlxalq turizmdən 193 milyon ABŞ dolları daxil oldu. Qeyd olunan göstərici öncəki ilin müvafiq dövrünün göstəricisindən 17.6 faizlə, yəni 29 milyonla artıqdır.

İdarənin məlumatına görə, keçən ilin yanvarında Gürcüstana beynəlxalq turizmdən 164 milyon ABŞ dolları daxil oldu.

Bununla yanaşı, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin “Gürcüstan Aeroportlar Birliyi” bu gün aeroportlarda səyahətçilərin axını barəsində statistik göstəricilər dərc etdirdi. Qeyd olunan məlumata əsasən, 2020-ci ilin yanvarında Gürcüstan aeroportları cəmi 314 079 yolçuya xidmət göstərdi. Bu isə, keçən ilin eyni dövrünün göstəricisindən 3 faiz ilə azdır.