Giorgi Qaxariya - Gürcüstana səyahət edək və istirahət edək, bu iqtisadiyyatımız və turizmimiz üçün ən böyük dəstək olacaq
Giorgi Qaxariya - Gürcüstana səyahət edək və istirahət edək, bu iqtisadiyyatımız və turizmimiz üçün ən böyük dəstək olacaq

Gürcüstanın baş naziri, Giorgi Qaxariya Maliyyə Nazirliyinə, Milli Banka və hökumətin iqtisadi komandasına birgə işləmələrinə görə, təşəkkürünü bildirir.

Bu barədə baş nazir hökumət administrasiyasında, idarələrarası koordinasiya şurası yanında mövcud olan iqtisadi qrupunun iclasında bəyan etdi.

“Maliyyə Nazirliyinə, Milli Banka və hökumətin iqtisadi komandasına birgə işləmələrinə görə, təşəkkürünü bildirmək istəyirəm. Bu, bizim üçün, beynəlxalq partnyorlarımız, donorlarımız ilə koordinasiyalı işləməyimiz çox əhəmiyyətli idi”, – Qaxariya bəyan etdi.

Bununla yanaşı, baş nazir epidemiologiya durumu ilə bağlı hər bir vətəndaşı ehtiyatlı olmağa və həmçinin hamını Gürcüstanda istirahət etməyə çağırdı.

“Hər birinizə müraciət edirəm, Gürcüstana səyahət edək və istirahət edək. Bu, iqtisadiyyatımız və turizmimiz üçün ən böyük dəstək olacaq”, – Qaxariya qeyd etdi.