"Gürcüstan üçün hərəkatı" Orbeliani sarayının qabağında etiraz aksiyası keçirir
"Gürcüstan üçün hərəkatı" Orbeliani sarayının qabağında etiraz aksiyası keçirir

Bu dəqiqələrdə, “Gürcüstan üçün hərəkatı” Orbeliani sarayının qabağında etiraz aksiyası keçirir.

Aksiya iştirakşıları bəyan edirlər ki, Şarl Mişelin sənədinin imzalanması ilə razı deyillər və sənədi imzalayan partiyaların nümayəndələrini sabiq müxalifətçilər adlandırırlar.

Onlar bəyan edirlər ki, siyasətçilər ictimaiyyətin mövqeyini heçə saydılar.

Aksiya iştirakçıları bəyan edirlər ki, siyasətçilər saraydan çıxana qədər orada duracaqlar və saraydan çıxan siyasətçilərə xalqın həqiqi tələbini göstərəcəklər.

Orbeliani sarayında hazırda Gürcüstan prezidenti Salome Zurabişvilinin adı ilə, Avropa Şurasının prezidenti Şarl Mişelin şərəfinə axşam yeməyi verilir.