Gürcüstan prezidenti doqquz məhkum qadını əfv etdi
Gürcüstan prezidenti doqquz məhkum qadını əfv etdi

Gürcüstan prezidenti “Xareba” bayramı ilə bağlı doqquz məhkum qadını əfv etdi.

Bu barədə məlumat Gürcüstan prezidenti administrasiyasının vebsəhifəsində dərc olundu.

“Onların hamısının bir və ya artıq kiçik yaşlı uşağı var, onlar tərəfindən törədilən cinayət isə, zoraklıq cinayət kateqoriyasına aid deyil.

Əfv olunanlar penitensiar müəssisəsini elə bu gün tərk edəcəklər”, – məlumatda qeyd olunur.