Gürcüstan prezidenti 143 məhbusu əfv etdi
Gürcüstan prezidenti 143 məhbusu əfv etdi

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili 2018-ci ilin 24 may amnistiya aktı ilə 143 məhbusu əfv etdi.

Əfv komisiyasının rəhbəri Zviad Koridze bugün keçirdiyi brifinqdə bəyan etdi ki, əfv edilənlərin 84-ü həbsxanayı bugün tərk edə biləcəklər, digər 59 nəfərinin isə, cəza müddəti azaldı.

Əfv edilənlər arasında narkocinayətlərə görə həbs edilənlər də var.

Əfv komissiyası bu mərhələdə tam 1347 şəxsin işini müzakirə etdi.

Zviad Koridze bəyan etdi ki, zorakılıq cinayətlərinin amnisitiyasına moratorium qoyuldu və bu məsələ ilə bağlı 216 işin müzakirəsi təxirə salındı.