Gürcüstan Parlamenti yaz sessiyasını bu gün plenar iclası ilə açacaq
Gürcüstan Parlamenti yaz sessiyasını bu gün plenar iclası ilə açacaq

Gürcüstan Parlamenti yaz sessiyasını rəsmi olaraq bu gün plenar iclası ilə açacaq.

Parlamentin reqlamentinə müvafiq olaraq, yaz sessiyası fevralın ilk çərşənbə axşamı açılır.

Yaz sessiyasında Gürcüstan Parlamentinin sədri, Arçil Talakvadze qanunvericilik orqanının fəaliyyət planını təqdim etməlidir. Salome Zurabişvili isə, prezident vəzifəsində Parlamentə sıra ilə ikinci hesabatını təqdim etməli olacaq.

Yaz sessiyası çərçivəsində, deputatlar bir neçə kadr dəyişiklikləri, o cümlədə Baş Prokuror və Ali Məhkəmə sədrinin seçilməsi qərarını qəbul etməli olacaqlar.

Yaz sessiyasında deputatlar bir neçə illik hesabatı, o cümlədən prezidentin, baş nazirin, Xalq Müdafiəçisinin, Audit Xidmətinin, Milli Bankın və Baş Prokurorun hesabatını müzakirə edəcəklər.

Parlamentin reqlamentinə müvafiq olaraq, yaz sessiyası iyunun son cümə günü bağlanacaq.

Qanunvericilik orqanı payız sessiyası çərçivəsində fəaliyyətini rəsmi olaraq keçən ilin dekabrın 20-də başa çatdırdı.