Gürcüstan Nikol Paşinyanın rəsmi səfəri başladı
Gürcüstan Nikol Paşinyanın rəsmi səfəri başladı

Gürcüstana Ermənistan Respublikasının baş naziri, Nikol Paşinyanın rəsmi səfəri başladı. Nikol Paşinyan rəsmi olaraq Gürcüstana ikinci dəfə səfər edir.

Ermənistan baş nazirini Tbilisi Beynəlxalq Aeroportunda Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani qarşıladı.

“Qonşu ölkələr arasında sıx əlaqələr olduqca əhəmiyyətlidir. Qeyd olunasıdır ki, bu Gürcüstana Ermənistan baş nazirinin ikinci rəsmi səfəridir. Seçildikdən sonra onun ilk rəsmi səfəri Gürcüstanda keçirildi”, – David Zalkaliani qeyd etdi.

Onun dediyinə görə, səfər çərçivəsində planlaşdırılmış görüşlərdə bütün əsas istiqamətlər müzakirə olunacaq.

Gürcüstan baş nazirinin mətbuat xidmətinin məlumatına görə, hökumət administrasiyasında rəsmi qarşılama mərasimi keçiriləcək.

Elə onların məlumatına görə, Paşinyana Gürcüstanın baş naziri, Giorgi Qaxariya ev sahibliyi edəcək. Gürcüstan və Ermənistan baş nazirləri arasında təkbətək və genişləndirilmiş formatda görüşlər keçiriləcək. Bundan sonra Giorgi Qaxariya və Nikol Paşinyan media üçün bəyanatlar verəcəklər.

Rəsmi səfər çərçivəsində, Ermənistan Respublikasının baş naziri Gürcüstan prezidenti, Salome Zurabişvili və Parlamentin sədri, Arçil Talakvadze ilə görüş keçirəcək.

Nikol Paşinyanın rəsmi səfəri Gürcüstanda sabah, martın 4-də başa çatacaq.

Şərh yaz