Gürcüstan Müdafiə naziri Münhendə görüşlərini başa çatdırdı
Gürcüstan Müdafiə naziri Münhendə görüşlərini başa çatdırdı

Gürcüstan Müdafiə naziri, İrakli Ğaribaşvili Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşlərini başa çatdırdı.

Müdafiə Nazirliyinin məlumatına görə, gürcü nümayəndə heyəti Gürcüstanın əsas strateji partnyoru, Amerika Birləşmiş Ştatlarının müdafiə katibi, Mayk Pompeo ilə uğurlu görüş keçirdi. İdarənin məlumatına görə, görüşdə Amerikalı partnyorlarının dəstəyi ilə həyata keçirilən əhəmiyyətli layihələri müzakirə etdilər.

“Görüşdə yekdilliklə qeyd olundu ki, müdafiə sahəsində Amerika ilə fərqlənən əlaqələrimiz var”, – İrakli Ğaribaşvili qeyd etdi.

Beynəlxalq foruma paralel olaraq Müdafiə naziri NATO-nun üzv və partnyor ölkələrinin Madafiə nazirləri ilə görüşlər keçirdi. Kanada, Monteneqro, Latviya, Yunanıstan və Finlandiyalı həmkarları ilə əhəmiyyətli söhbətlər baş tutdu. Bir daha qeyd olundu ki, beynəlxalq partnyorların və dostların fəal dəstəyi Gürcüstanın NATO-ya inteqrasiyası yolunda çox önəmlidir.

Münhen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik siyasəti məsələlərinin müzakirəsi üçün dünyanın aparıcı forumudur.