Gürcüstan hökumətinin yeniləşdirilmiş tərkibinə Parlament tərəfindən etimadın bəyan edilməsi lazım gələcək
Gürcüstan hökumətinin yeniləşdirilmiş tərkibinə Parlament tərəfindən etimadın bəyan edilməsi lazım gələcək

Gürcüstan hökumətinin yeniləşdirilmiş tərkibinə Parlament tərəfindən etimadın bəyan edilməsi lazım gələcək.

Konstitusiyanı nəzərə alaraq, Parlament hökumətin səlahiyyətinin dayandırılmasından iki həftə ərzində, çoxluq tərəfindən təqdim olunmuş baş nazir və onun tərəfindən təqdim olunmuş hökumətə etimad bəyan edir.

Konstitusiya ilə, hökumət tərkibi ilə birlikdə Parlamentə hökumət proqramı təqdim olunmalıdır. Nazirlər kabinetinə isə, etimadın alınması üçün Parlamentin tam tərkibinin çoxluğunun dəstəyi lazımdır.

Konstitusiya uyğun olaraq, baş nazirin səlahiyyətləri istefa verən kimi dayandırılır, halbuki hökumət vəzifəsinin yerinə yetirilməsini yeni baş nazirin təyin edilməsinə qədər davam etdirir.

Az öncə Mamuka Baxtadze “feysbukda” post yaydı: “Mənim üçün böyük şərəf və eyni zamanda böyük məsuliyyət idi ki, Gürcüstanın baş naziri vəzifəsində ölkəmizin maraqlarının qorunmasına xidmət edəydim. Mən “Gürcü Arzusunun” üzvü idim və varam. Məndən öncə olan baş nazirlərə minnətdarlığımı bildirirəm və gələcək baş nazirə uğurlar arzulamaq istəyirəm”.

Şərh yaz