Gürcüstanda 2019-2020-ci illər akademik ili olaraq elan edilməyəcək, 11-ci sinif şagirdləri 20 mayda, birinci sinif şagirdləri 27 mayda, başqa sinif sagirdləri isə, 15 iyunda başa çatdıracaqlar
Gürcüstanda 2019-2020-ci illər akademik ili olaraq elan edilməyəcək, 11-ci sinif şagirdləri 20 mayda, birinci sinif şagirdləri 27 mayda, başqa sinif sagirdləri isə, 15 iyunda başa çatdıracaqlar

Gürcüstanda 2019-2020-ci illər akademik ili olaraq elan edilməyəcək, – bu barədə Gürcüstanın baş naziri, Giorgi Qaxariya bəyan etdi.

Giorgi Qaxariyanın qeyd etdiyinə görə, Gürcüstanda tədris ili distansiyalı olaraq, onlayn rejimdə normal şəkildə keçirildi.

“Onbirinci sinif şagirdləri tədris ilini 20 mayda, birinci sinif şagirdləri 27 mayda başa çatdıracaqlar. Başqa sinif şagirdləri isə, 15 iyunda. Bundan başqa demək istəyirəm ki, milli imtahanlar adi rejimdə keçiriləcək və onun tarixi həmişə olduğu kimi, iyunda elan ediləcək”, – Giorgi Qaxariya bəyan etdi.