Qoça Lortkipanidzeni Haaqanın beynəlxalq cinayət məhkəməsinin zərərçəkmişlər fondunun direktoratına seçdilər
Qoça Lortkipanidzeni Haaqanın beynəlxalq cinayət məhkəməsinin zərərçəkmişlər fondunun direktoratına seçdilər

Haaqanın beynəlxalq cinayət məhkəməsinin zərərçəkmişlər fondunun diretoratına Gürcüstan Ədliyyə nazirinin müavini, Qoça Lortkipanidzeni seçdilər.

Qeyd olunan mövqeyə seçilən şəxsin mandatı iki illikdir, diretorat isə, beş üzvdən ibarətdir.

Gürcüstan Ədliyyə Nazirliyinin məlumatına görə, Qoça Lortkipanidze bu fonda şərqi Avropa ölkələri üçün nəzərdə tutulan kvot ilə seçilən ilk gürcüdür. O, qeyd olunan mövqedə Bosniya-Herseqovina nümayəndəsini əvəz etdi.

Zərərçəkmişlər fondunun direktoratının seçkiləri beynəlxalq cinayət məhkəməsinin üzv ölkələrinin assambleyası (ASP) sessiyası çərçivəsində 2018-ci ilin dekabrın 5-də Haaqada keçirildi.

Bu ilki sıra ilə 17-ci sessiyada, Gürcüstan Ədliyyə nazirinin müavininin nitqlə çıxışı da planlaşdırılıb.