Parlamentin İnsan Hüquqları Müdafiəsi Komitəsinin sədri, Mixeil Sarcveladzenin açıqlamasına görə, Ədliyyə naziri, Qoça Lortkipanidzenin Haaqa Məhkəməsinə hakim seçilməsinə görə, vəzifəsini tərk etməsi vacibliyi gündəmdə durmur.
Sarcveladzenin jurnalistlərə bəyan etdiyinə görə, hazırda Lortkipanidze Ədliyyə naziri vəzifəsində fəaliyyətini davam etdirir.
“Məndə olan məlumata görə, Qoça Lortkipanidzenin vəzifəsini tərk etməsi vacibliyi gündəmdə durmur. Bu vəziyyət dəyişəndə, baş nazirin diskresiyasıdır ki, qeyd olunan vəzifəyə konkret namizədi seçsin. Vəzifəyə kimin müzakirə olunduğu mənim üçün məlum deyil”, – Sarcveladze bəyan etdi.