Giya Jorjoliani - faciədən istifadə edən siyasi qüvvələrinə müraciət edirəm, siyasi məqsədlər üçün hər şeyə əl atmaq olmaz
Giya Jorjoliani - faciədən istifadə edən siyasi qüvvələrinə müraciət edirəm, siyasi məqsədlər üçün hər şeyə əl atmaq olmaz

Faciədən istifadə edən siyasi qüvvələrinə müraciət edirəm, siyasi məqsədlərə nail olmağımız üçün hər şeyə əl atmaq olmaz, – bu barədə Parlament çoxluğunun üzvü Giya Jorjoliani bəyan etdi.

Onun dediyinə görə, son illər ərzində fikir ifadəsini heçkim məhdudlaşdırmayıb.

“Mən belə düşünürəm ki, son illər ərzində ölkəmizdə konstitusiya hüququnu və fikir ifadəsini heçkim məhdudlaşdırmayıb. Əminəm ki, nə də Zaza Saralidzenin hüququ məhdudlaşdırılmayacaq. Bəzi siyasi qrup qalmaqalı süni olaraq yaradır ki, ictimaiyyətin diqqətini cllb etsin.

Mən bu faciənin qurbanları, Zaza Saralidzeyə və Malxaz Maçalikaşviliyə həmrəyliyimi bəyan etmək istəyirəm. Əminəm ki, bu işlər sonuna qədər araşdırılacaq. Faciədən istifadə edən siyasi qüvvələrinə müraciət edirəm, siyasi məqsədlərə nail olmağımız üçün hər şeyə əl atmaq olmaz”, – Giya Jorjoliani bəyan etdi.