Giorgi Qaxariya və Avropa Şurasının baş katibi, Gürcüstanın təşkilata sədrliyi prioritetlərini müzakirə etdilər
Giorgi Qaxariya və Avropa Şurasının baş katibi, Gürcüstanın təşkilata sədrliyi prioritetlərini müzakirə etdilər

Gürcüstanın baş naziri, Giorgi Qaxariya və Avropa Şurasının baş katibi, Mariya Peynçinoviç Buriç Gürcüstanın təşkilata sədrliyi prioritetlərini müzakirə etdilər.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, görüşdə qeyd edildi ki, Gürcüstanın bir gələcək sədr ölkəsi kimi prioritetləri demokratiya, insan hüquqları və qanunun aliliyinə əsaslanır.

Hökumət administrasiyasında keçirilən görüşdə həmçinin, Gürcüstan və Avropa Şurası arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olundu.

Görüşdə söhbət işğal olunmuş ərazilərdə və işğal xəttində mövcud duruma aid oldu.

Gürcüstanın baş naziri, Avropa Şurasının baş katibi, Mariya Peynçinoviç Buriçə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə qarşı dəstəyinə görə, minnətdarlığını bildirdi.

Məlumatı Gürcüstanın baş nazirin mətbuat xidməti yayır.