Giorgi Qaxariya Şərq Partnyorluğu liderləri dialoqunda iştirak etdi
Giorgi Qaxariya Şərq Partnyorluğu liderləri dialoqunda iştirak etdi

Gürcüstanın baş naziri, Giorgi Qaxariya Şərq Partnyorluğu liderləri dialoqunda iştirak etdi. Dialoq Avropa Şurası prezidenti Şarl Mişel və Avropa Komissiyası prezidenti Ursula Fon Layenin rəhbərliyi ilə, video-konfrans formatında keçirildi.

Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatına görə, tədbirdə Şərq Partnyorluğu çərçivəsində əldə olunan nəticələr yüksək səviyyədə cəmləşdirildi.

Elə onların məlumatına görə, liderlər Avropa İttifaqı və Şərq Partnyorluğu ölkələri arasında əməkdaşlığın mövcud dinamikasını, prioritetlərini və onun dərinləşdirilməsi perspektivlərini, həmçinin koronavirus pandemiyasına qarşı görülən tədbirləri müzakirə etdilər.

Baş nazir, Giorgi Qaxariya Gürcüstanın pandemiyaya qarşı mübarizə prosesində tərəqqisi barəsində söhbət etdi.

Qaxariya nitqlə çıxış edərkən xüsusilə qeyd etdi ki, Gürcüstanın məqsədi Avropa İttifaqına tam inteqrasiyadır.

Görüşdə Avropa İttifaqı və Şərq Partnyorluğunun üzv ölkələri liderləri və hökumət başçıları iştirak edirdilər.

Şərh yaz