Giorgi Qaxariya - müdafiə baxımından son illərdə nəzərə çarpacaq tərəqqimiz var, buna beynəlxalq partnyorlar və gürcü müdafiə qüvvələri də etiraf edirlər
Giorgi Qaxariya - müdafiə baxımından son illərdə nəzərə çarpacaq tərəqqimiz var, buna beynəlxalq partnyorlar və gürcü müdafiə qüvvələri də etiraf edirlər

NATO-nun istiqaməti həddindən artıq əhəmiyyətlidir, – bu barədə Gürcüstanın baş naziri vəzifəsini yerinə yetirən, Giorgi Qaxariya xaricdə Gürcüstan diplomatik nümayəndəlikləri rəhbərlərinin hər illik görüşündə – “Səfirlərin Konfransı 2020”-də nitqlə çıxış edərkən bəyan etdi. Görüş onlayn formatda keçirildi.

Giorgi Qaxariya qeyd etdi ki, ümumiyyətlə, müdafiə baxımından ölkənin son illərdə nəzərə çarpacaq tərəqqisi var.

“NATO-nun istiqaməti həddindən artıq əhəmiyyətlidir və ümumiyyətlə, müdafiə baxımından son illərdə nəzərə çarpacaq tərəqqimiz var, bunu necə bizim beynəlxalq partnyorlarımız və eləcə də gürcü müdafiə qüvvələri də etiraf edirlər. Onlar sadəcə olaraq görürlər ki, gürcü ordusu son illərdə nə qədər tərəqqiyə nail oldu və bu istiqamət həmçinin bizim üçün prioritetlidir”. – Giorgi Qaxariya bəyan etdi.

Şərh yaz