Giorgi Qaxariya İsrailin Gürcüstandakı yeni təyin olunmuş səfiri, Ran Qidor ilə görüşdü
Giorgi Qaxariya İsrailin Gürcüstandakı yeni təyin olunmuş səfiri, Ran Qidor ilə görüşdü

Gürcüstanın baş naziri, Giorgi Qaxariya İsrailin Gürcüstandakı yeni təyin olunmuş səfiri, Ran Qidor ilə görüşdü.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, tərəflər ikitərəfli əməkdaşlığın gündəmində olan aktual məsələləri və gələcək perspektivləri müzakirə etdilər.

“Əlaqələrin inkişafının müsbət dinamikası qeyd olundu. Dövlətlər arasında artan ticari dövriyyəyə xüsusi diqqət yetirildi. Qeyd olundu ki, turizm baxımından İsrail Gürcüstana vizitor ölkələr arasında ən qabaqcıl ölkələrdən biridir”, – baş nazirin mətbuat xidmətinin məlumatında deyilir.

Gürcüstanın baş naziri İsrail dövlətinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyinə görə minnətdarlığını bildirdi.

Bununla yanaşı, Giorgi Qaxariya Ran Qidora yeni vəzifəsində uğurlar arzuladı və gələcək əməkdaşlıq üçün hazır olduğunu bildirdi.