Giorgi Qaxariya Hubert Knirş ilə görüşdü
Giorgi Qaxariya Hubert Knirş ilə görüşdü

Gürcüstanın baş naziri, Giorgi Qaxariya Almaniyanın Gürcüstandakı səfiri, Hubert Knirş ilə görüş keçirdi.

Hökumət başçısı alman səfirini, Avropa İttifaqının sədrliyini təbrik etdi.

Almaniya səfirinin dediyinə görə, sədrlik dövründə, Avropa İttifaqının gündəmində mövcud olan siyasi və başqa mühüm məsələlər ilə birlikdə əsas prioritet, Avropa ölkələri tərəfindən “COVID-19” pandemiyası nəticələrinin dəf edilməsi olacaq.

Həmçinin, Hubert Knirş qeyd etdi ki, Gürcüstanın pandemiyaya qarşı mübarizə istiqamətində çox əhəmiyyətli nəticələri var.

Öz növbəsində, baş nazir alman səfirinə etiraf, etimad və strateji partnyorluq üçün minnətdarlğını bildirdi.

Xüsusilə qeyd olundu ki, Gürcüstan hakimiyyəti üçün bir nömrəli prioritet olaraq vətəndaşların təhlükəsizliyi və sağlamlığı qalır.

Məlumatı baş nazirin mətbuat xidməti yayır.

Şərh yaz