Giorgi Qaxariya - hökumətin anti-böhran planının məqsədidir ki, böhrana baxmayaraq, kənd təsərrüfatında işlə təmin olunanların işləri qorunub saxlanılsın
Giorgi Qaxariya - hökumətin anti-böhran planının məqsədidir ki, böhrana baxmayaraq, kənd təsərrüfatında işlə təmin olunanların işləri qorunub saxlanılsın

Dövlət proqramları vasitəsilə, biz fermerlərə stimul veririk ki, keyfiyyətli məhsulun istehsalını davam etdirsinlər və ya istehsala başlasınlar, bununla da ilk növbədə yerli, sonra isə, dünya bazarında müvafiq yeri mütləq tutacağıq və iqtisadiyyatımızı gücləndirəcəyik, – bu barədə Gürcüstanın baş naziri Karelidə yerləşən “Kartlis Xili” (kartli meyvəsi) meyvə emalı şirkətində işlə təmin olunanlarla görüşü zamanı bəyan etdi.

Hökumət başçısı qeyd etdi ki, şirkət uğurlu istehsalın nümunəsidir. Şirkət hər il 75 ton müxtəlif meyvə qurusunu hazırlayır və məhsuli yerli, eləcə də eksport bazarına çıxarır.

Baş nazirin bəyan etdiyinə görə, hökumətin anti-böhran planının məqsədidir ki, böhrana baxmayaraq, kənd təsərrüfatında işlə təmin olunanların işləri qorunub saxlanılsın.

Giorgi Qaxariya şirkətdə Kənd Təsərrüfatı naziri Levan Davitaşvili və Şida Kartli qubernatoru Giorgi Xocevanişvili ilə birlikdə idi.