Giorgi Qaxariya Dİ naziri namizədliyinə Vaxtanq Qomelaurini, Müdafiə naziri namizədliyinə isə, İrakli Ğaribaşvilini adlandırdı
Giorgi Qaxariya Dİ naziri namizədliyinə Vaxtanq Qomelaurini, Müdafiə naziri namizədliyinə isə, İrakli Ğaribaşvilini adlandırdı

Gürcüstan Daxili İşlər naziri namizədliyinə Vaxtanq Qomelauri, Müdafiə naziri namizədliyinə isə, İrakli Ğaribaşvili təqdim olunublar. Bu barədə baş nazirliyə namizəd, Giorgi Qaxariya “Gürcü Arzusunun” mərkəzi ofisində bəyan etdi.

Bundan başqa, onun dediyinə görə, təhlükəsizlik şurasının katibi vəzifəsinə Levan İzariya təqdim olunub.

“Gürcü Arzusu” baş nazir namizədliyinə Giorgi Qaxariyanı təqdim etdi. Bu barədə “Gürcü Arzusunun” mərkəzi ofisində, partiyanın siyasi şurası və çoxluğun iclasından sonra, Bidzina İvanişvili bəyan etdi.