Giorgi Marqvelaşvili - Elə bir vaxtı xəyal edirəm ki, Rusiya lideri ilə onun imicindən irəli gələrək deyil, hər bir rus ailəsinin marağından irəli gələrək söhbət edəcəm
Giorgi Marqvelaşvili - Elə bir vaxtı xəyal edirəm ki, Rusiya lideri ilə onun imicindən irəli gələrək deyil, hər bir rus ailəsinin marağından irəli gələrək söhbət edəcəm

Həmişə deyirəm ki, elə bir vaxtı xəyal edirəm ki, Rusiya lideri ilə, onun imicindən irəli gələrək deyil, hər bir rus ailəsinin maraqlarından irəli gələrək, söhbət edəcəm.

Bu bəyanatı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili tələbələrlə görüş zamanı verdi.

“Əgər Rusiya prezidenti mənimlə bundan irəli gələrək danışsa, münasibətlərimiz qaydaya salınacaq. Buna müasir dialoq forması deyirlər.

Məsələn, Polşa prezidenti, Almaniyanın kansleri və yaxud Fransa prezidenti danışarkən, öz maraqlarından irəli gələrək danışırlar.

Biz həmişə Rusiya dövlətinin maraqlarından irəli gələrək danışırıq, bu isə, hər bir rus ailəsinin maraqlarına qədər çatmır.

Belə ki, Rusiyaya dialoq təklif edirik. Gəlin baxaq, Rusiyanın hansı maraqları var və bu maraqlar onun vətəndaşlarına nə verə bilər.

Gürcüstanın işğal edilən əraziləri qaytarıldığı andan, biz Rusiyaya yaxşı qonşuluq təklif edərik.

Bu işğal tarixi absurddur axı, dövlətin bu işğal nəyinə lazımdır? Hansısa resuslara görə” – dedi Giorgi Marqveıaşvili.