Giorgi Kvirikaşvilinin Brüsselə rəsmi səfəri başladı (video)

Gürcüstanın baş naziri, Giorgi Kvirikaşvilinin Brüsselə rəsmi səfəri başladı.

Bu gün Avropa Şurasında keçiriləcək Avropa İttifaqı-Gürcüstan Assosiasiyası Şurası iclasında gürcü nümayəndə heyyətinə Giorgi Kvirikaşvili rəhbərlik edir.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, Girogi Kvirikaşvili Avropa Şurasındadır. Burada da iclasın başlamasına qədər onu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Moqerini işçi görüşdə qəbul edir.

Hökumət administrasiyasının məlumatına görə, bu gün şuranın sıra ilə dördüncü görüşündə Avropa İttifaqı-Gürcüstan assosiasiyas razılaşması və azad ticarət məkanı haqqında razılaşmanın implementasiyası istiqaməti ilə nail olunmuş tərəqqi müzakirə olunacaq. Söhbət zamanı həmçinin Avropa İttifaqı-Gürcüstan assosiasiya razılaşmasının yeniləşdirilmiş gündəminə toxunulacaq.

Plenar iclasdan sonra, Gürcüstanın baş naziri, Giorgi Kvirikaşvili və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Moqerininin birgə mətbuat konfransı keçiriləcək.

Brüsselə işçi səfər çərçivəsində Gürcüstanın baş nazirinin, Giorgi Kvirikaşvilinin Sesilia Malmstronq ilə görüşü planlaşdırılıb.

Gürcüstanın baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyyətinə İqtisadiyyat və Davamlı İnkişaf naziri Dimitri Kumsişvili, Xarici İşlər naziri Mixeil Canelidze, Müdafiə naziri Levan İzoriya, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Levan Davitaşvili, Bölgə İnkişaf və İnfrastruktur naziri Zurab Alavidze və Barış və Mülki Bərabərlik məsələləri üzrə Dövlət Naziri Ketevan Tsixelashvili daxildir.