Giorgi Qaxariya - Qara Dənizdə Rusiyanın güclənməsi fonunda, NATO-nun nümayəndəliyi həddindən artıq önəmlidir
Giorgi Qaxariya - Qara Dənizdə Rusiyanın güclənməsi fonunda, NATO-nun nümayəndəliyi həddindən artıq önəmlidir

NATO ilə möhkəm əməkdaşlıq Gürcüstanın xarici siyasətinin və onun təhlükəsizliyinin əsasıdır, – bu barədə Gürcüstanın baş naziri, Giorgi Qaxariya Batumidə, Şimali Atlatik şurası iclasının açılışında, nitqlə çıxış edərkən bəyan etdi.

“Bu Şimali Atlatik şurasının Gürcüstana beşinci səfəridir. Bu isə, birbaşa NATO-nun Gürcüstana qarşı dəstəyinə işarə edir. Bunun üçün Gürcüstan hökuməti adından sizə təşəkkürümüzü bildiririk. Həmçinin, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə, NATO-nun hər bir üzvünə minnətdarlığımı bildirirəm. NATO ilə möhkəm əməkdaşlıq Gürcüstanın xarici siyasətinin və onun təhlükəsizliyinin əsasıdır. Qara Dənizdə Rusiyanın güclənməsi fonunda, NATO-nun nümayəndəliyi həddindən artıq önəmlidir”, – Giorgi Qaxariya bəyan etdi.