Giorgi Qaxariya Ermənistana rəsmi səfərini Nikol Paşinyan ilə görüşlə başladı
Giorgi Qaxariya Ermənistana rəsmi səfərini Nikol Paşinyan ilə görüşlə başladı

Gürcüstanın baş naziri, Giorgi Qaxariya Ermənistana rəsmi səfərini Ermənistanın baş naziri, Nikol Paşinyan ilə görüşlə başladı.

Giorgi Qaxariyanı Ermənistan Respublikası Hökumət Evində rəsmi qarşılama mərasimi ilə qəbul etdilər. Gürcü həmkarına Nikol Paşinyan üzbəüz görüşdə ev sahibliyi etdi.

Tərəflər ikitərəfli yaxşı qonşuluq əlaqələrinin və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirdilər.

Nikol Paşinyan öz baş nazirliyinin ən önəmli nailiyyət kimi, Gürcüstan ilə dost əlaqələrinin daha artıq yüksək səviyyəyə yüksəldilməsini göstərdi.

Üzbəüz görüşdən sonra, danışıqlar genişləndirilmiş formatda davam etdirildi.