Genuada körpünün dağılması nəticəsində həlak olanların sayı 30-a çıxdı

Genuada körpünün dağılması nəticəsində həlak olanların sayı 30-a çıxdı. 13 nəfər xəsarət alıb, 20 nəfər isə, itkin düşüb.

İtaliya iqtidarı, faciə nəticəsində ölənlərin sayının artacağından qorxur, çünki onlarca insan körpünün dağıntıları arasında qalıb.

İtaliyanın Nəqliyyat Naziri Danilo Tonelinin bəyanatına görə, körpünün dağılmasına ekspluatasiya qaydalarının pozulması səbəb oldu.