Genua sakini körpünün dağıldığı anın videosunu çəkib

İtaliyanın Genua şəhərinin sakini körpünün dağıldığı anı videoya çəkib.

Yerli sakin David Di Corco körpünün dağılmağa başladığı anı ofisinin pəncərəsindən çəkdi və öz valideynlərinə göndərdi. Daha sonra həmin material internetdə yayıldı.

“Özümü bir filmdə zənn etdim. Öncə qorxunc bir səs eşitdim. Başdan nə olduğunu anlaya bilmədim. Nə baş verdiyini anlayanda instinktiv şəkildə çığırmağa başladım. Hələdə şokdayam” – dedi videonun müəllifi Euronews-la müsahibə zamanı.

Genuada körpünün dağılması nəticəsində ölənlərin sayı 30-a çıxdı, 13 nəfər xəsarət aldı, 20-isə, hələ tapılmayıb.

İtaliya iqtidarının verdiyi məlumata görə, dağıntılar altında qalan insanların sayı məlum deyil.