Fransada son 24 saat ərzində koronavirusun rekord olaraq yüksək göstəricisi qeydə alındı
Fransada son 24 saat ərzində koronavirusun rekord olaraq yüksək göstəricisi qeydə alındı

Fransada son 24 saat ərzində koronavirusun rekord olaraq yüksək göstəricisi – 18 746 halı qeydə alındı.

Qeyd olunan məlumatı “Qardian” Fransa Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ötən bir gün ərzində Fransada virusdan 80 insan vəfat etdi. Ölkə miqyası ilə bu vaxt üçün xəstəxanalarda koronavirusa yoluxan 7 500 insan müalicə olunur. Bu isə, keçən ayın göstəricisindən 65 faiz ilə artıqdır.

Pandemiyanın başlamasından bu günə qədər, Fransada koronavirusa 693 440 insan yoluxub, 32 445 pasiyent vəfat edib.

Yeni halların sayının artmasına görə, ölkə miqyası ilə məhdudiyyətlər yenə sərtləşdirildi.