Fransada munisipal seçkilərinin ikinci turu keçirilir
Fransada munisipal seçkilərinin ikinci turu keçirilir

Fransada munisipal seçkilərinin ikinci turu keçirilir. Seçkilər martın 22-də keçirilməli idi, lakin koronavirus pandemiyasına görə təxirə salındı.

İkinci tur ölkə miqyası ilə 5 minə qədər kommunada, o cümlədən Parisdə, Marselldə, Tuluza və Lionda keçirilir.

Vətəndaşlar şəhər merlərini və munisipal şuranın üzvlərini seçirlər.

Munisipal seçkilərinin birinci turu martın 15-də keçirildi.