Fransa Mədəniyyət naziri koronavirusa yoluxdu
Fransa Mədəniyyət naziri koronavirusa yoluxdu

Fransa Mədəniyyət naziri, Frank Riester koronavirusa yoluxdu. “Frans 24”-ün məlumatına görə, Fransa hökumət üzvü özünü yaxşı hiss edir.

Fransa Mədəniyyət Nazirliyinin bəyanatına əsasən, keçən həftə, bir neçə gün ərzində nazir Parlamentin Aşağı Palatasında idi. Burada ona qədər virusa yoluxmanın beş halı aşkar edildi.

“Frans 24” yazır ki, Fransa Mədəniyyət naziri ölkə prezidenti ilə bir neçə gün ərzində görüşməyib.