Fox News - Abu Bakr Al-Bağdadi sağdır
Fox News - Abu Bakr Al-Bağdadi sağdır

Fox News teleşirkəti İraq DİN-nin İraq və Narkotiklərlə Mübarizə İdarəsinin məlumatına istinad edərək məlumat yayır ki, “İslam Dövlətinin” lideri, Abu Bakr Al-Bağdadi sağdır və Suriya-İraq sərhəd zonasında gizlənir.

“Bizdə olan məlumata görə, Abu Bakr Al-Bağdadi Suriyanın Hacin şəhərindədir. Bu şəhər İraq sərhədindən 30 kiləmetrdə yerləşir”, – İraq DİN-nin Kəşfiyyat və Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Abu Ali Al-Basri bəyan edir.

Yayılan məlumata görə, Abu Bakr Al-Bağdadi barədə məlumatı İraq kəşfiyyatı bir neçə gün bundən əvvəl əldə etdi.

Keçən il məlumat yayıldı ki, Abu Bakr Al-Bağdadi məhv edilib.