Florida ştatında son 24 saat ərzində koronavirusun 9 989 yeni halı aşkar edildi
Florida ştatında son 24 saat ərzində koronavirusun 9 989 yeni halı aşkar edildi

ABŞ-ın Florida ştatında son 24 saat ərzində koronavirusun 9 989 yeni halı aşkar edildi. Məlumatı Florida Səhiyyə Departamentinə istinad edərək “CNN” yayır.

Florida ştatında koronavirusun rokord olaraq yüksək göstəricisi, 10 109 halı keçən həftə qeydə alındı.

Ümumilikdə, virusun yayılmasından bu günə qədər bütün ölkə miqyası ilə üç milyon hal aşkar edilib. Virus nəticəsində Birləşmiş Ştatlarda 131 523 insan vəfat edib.