Ermənistanda son 24 saat ərzində koronavirusun 252 yeni halı aşkar edildi
Ermənistanda son 24 saat ərzində koronavirusun 252 yeni halı aşkar edildi

Ermənistanda son 24 saat ərzində koronavirusun 252 yeni halı aşkar edildi. Bu barədə məlumatı Ermənistan Xəstəliklərə Nəzarət Milli Mərkəzi yayır.

Son bir gün ərzində koronavirus nəticəsində daha altı insan vəfat etdi.

Ümumilikdə, epidemiyanın başlamasından bu günə qədər Ermənistanda “COVID-19” 7 113 insanda təsdiq olundu.

Hazırda 3 489 pasiyent müalicə olunur.