Ermənistanda son 24 saat ərzində koronavirusun 227 yeni halı aşkar edildi
Ermənistanda son 24 saat ərzində koronavirusun 227 yeni halı aşkar edildi

Ermənistanda son 24 saat ərzində koronavirusun 227 yeni halı aşkar edildi.

Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə istinad edərək yayır.

Epidemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 47 431 halı qeydə alındı. Buradan 42 608 pasiyent artıq sağalıb. Virus nəticəsində ölkədə 1 217 insan vəfat edib.