Ermənistanda son 24 saat ərzində koronavirusun 201 halı aşkar edildi, 17 pasiyent vəfat etdi
Ermənistanda son 24 saat ərzində koronavirusun 201 halı aşkar edildi, 17 pasiyent vəfat etdi

Ermənistanda koronavirusun 201 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 17 pasiyent vəfat etdi.

7 yanvar göstəriciləri ilə, pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 161 054 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 3 596 insan vəfat edib, 145 mindən artıq pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 10 070 pasiyent müalicəsini davam etdirir.