Ermənistanda koronavirusun 973 yeni halı qeydə alındı, 16 insan vəfat etdi
Ermənistanda koronavirusun 973 yeni halı qeydə alındı, 16 insan vəfat etdi

Ermənistanda son 24 saat ərzində koronavirusun 973 təsdiq olunmuş yeni halı aşkar edildi.

Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 16 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 78 810 halı qeydə alındı. Virus nəticəsində ölkədə 1 196 insan vəfat edib.