Ermənistanda koronavirusun 801 yeni halı aşkar edildi
Ermənistanda koronavirusun 801 yeni halı aşkar edildi

Ermənistanda son 24 saat ərzində koronavirusun 801 yeni halı aşkar edildi, 451 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 24 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 185 020 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 2 284 insan vəfat edib, 169 172 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 11 602 pasiyent müalicəsini davam etdirir.

Şərh yaz