Ermənistanda koronavirusun 243 yeni halı aşkar edildi
Ermənistanda koronavirusun 243 yeni halı aşkar edildi

Ermənistanda son 24 saat ərzində koronavirusun 243 yeni halı aşkar edildi, 163 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan altı pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 230 110 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 4 614 insan vəfat edib, 219 864 pasiyent müalicə olunaraq sağalıb.