Ermənistanda koronavirusun 1 600 yeni halı qeydə alındı, 34 insan vəfat etdi
Ermənistanda koronavirusun 1 600 yeni halı qeydə alındı, 34 insan vəfat etdi

Ermənistanda son 24 saat ərzində koronavirusun 1 600 təsdiq olunmuş yeni halı aşkar edildi.

Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 34 pasiyent vəfat etdi.

27 oktyabr göstəriciləri ilə, pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 80 410 halı qeydə alındı. Virus nəticəsində ölkədə 1 222 insan vəfat edib.