Ekaterine Tikaradze - ölkədə koronavirusdan vəfat etmə göstəricisi bir faizi təşkil edir, bu da dünya təcrübəsi ilə müqayisədə aşağı göstəricidir
Ekaterine Tikaradze - ölkədə koronavirusdan vəfat etmə göstəricisi bir faizi təşkil edir, bu da dünya təcrübəsi ilə müqayisədə aşağı göstəricidir

Səhiyyə naziri, Ekaterine Tikaradzenin bəyan etdiyinə görə, səhiyyə sitemi pandemiya ilə artırılmış çarpayı fondu, müalicənin yaxşılaşdırılmış keyfiyyəti, miqyaslı testləşdirmə və tamamilə səfərbər olunmuş tibb personalı ilə mübarizə aparır.

“Müalicənin tərəqqisinə baxmayaraq, təəssüflər olsun ki, ölüm hallarımız var. 20 dekabr göstəricilərilə, təsdiq olunmuş 209 000-ə qədər hallardan vəfat etmə göstəricisi bir faizi təşkil edir, bu da dünya təcrübəsi ilə müqayisədə aşağı göstəricidir. Lakin hər bir hal, dövlət üçün və onların ailələri üçün, sözsüz ki, böyük itkidir”, – Ekaterine Tikaradze bəyan etdi.