Ekaterine Tikaradze - gözləyirik, ki fevralın sonunda koronavirus vaksini Gürcüstanda olacaq
Ekaterine Tikaradze - gözləyirik, ki fevralın sonunda koronavirus vaksini Gürcüstanda olacaq

Bütün tibb müəssisələrinə Səhiyyə Nazirliyindən tələb göndərilib ki, orada işlə təmin olunanların detallı siyahıları təqdim olunsun, -bu barədə Səhiyyə naziri, Ekaterine Tikaradze bəyan etdi.

Elə onun dediyinə görə, koronavirusa vaksinin alınmasından sonra vaksinasiya prosesi başlayacaq.

Nazirin açıqlamasına görə, gözlənti var ki, fevralın sonunda koronavirus vaksini Gürcüstanda olacaq.

“Bildiyiniz kimi, vaksinasiya planı təsdiq olunub. Biz konkret addımlar atmışıq. Plan ilk öncə tibb perosnalına aiddir. Bütün tibb müəssisələrinə Səhiyyə Nazirliyindən tələb göndərilib ki, orada işlə təmin olunanların detallı siyahıları təqdim olunsun. Bu siyahıları gözləyirik və koronavirusa vaksinin alınmasından sonra vaksinasiya prosesi başlayacaq.

Bildiyiniz kimi, vaksini birinci kvartalda, daha dəqiq olaraq, bizim gözləntimizdir ki, fevralın sonunda koronavirus vaksini Gürcüstanda olacaq”, – Ekaterine Tikaradze bəyan etdi.